Nəqliyyat Nazirliyində dekabrın 9-da BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Beynəlxalq Nəqliyyat Forumunun (İTF) birgə təşkilatçılığı ilə Nəqliyyat Statistikası üzrə SPEKA iştirakçı ölkələri, o cümlədən digər MDB dövlətləri üçün seminar keçiriləcək. Nəqliyyat nazirliyindən SİA-ya verilən məlumata görə, seminarın əsas məqsədi iştirakçıları WebCoq (Web Common Questionnaire) statistik məlumat bazası ilə tanış etmək və bunun tətbiqinə dair müzakirələr aparılmasından ibarətdir. Seminarda UNECE Nəqliyyat Bölməsinin Katibliyi, Beynəlxalq Nəqliyyat Forumu və EUROSTAT nümayəndələri də iştirak edəcəklər.Tədbirdə, həmçinin Dövlət Statistika Komitəsi, Dövlət Dəniz Administrasiyası və digər dövlət qurumlarının da nümayəndələri də təmsil olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB