Prezident İlham Əliyev Türkiyənin İzmir vilayətinin valisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Türkiyə Respublikası İzmir vilayətinin valisi Mustafa Cahit Kıracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, İzmir şəhərindən böyük nümayəndə heyəti ilə Bakıya səfər etdiyini deyən Mustafa Cahit Kırac paytaxtımızda həyata keçirilən abadlıq və quruculuq işlərinin onlarda çox böyük təəssürat yaratdığını bildirib.
O, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdə olduğunu qeyd edib. Mustafa Cahit Kırac Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə İzmirdə keçirilən tədbirin ölkəsi və eləcə də İzmir şəhəri üçün böyük önəm daşıdığını vurğulayıb. Bakı ilə İzmirin qardaşlaşmış şəhər olduğunu vurğulayan dövlətimizin başçısı hazırda bu əlaqələri daha da inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu qeyd etdi. Prezident İlham Əliyev İzmirə səfərini məmnunluqla xatırladıb. Dövlətimizin başçısı İzmir valisi Mustafa Cahit Kıracın Bakıya səfərindən sonra bu əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB