Havaların qəflətən kəşkinləşməsi ilə əlaqədar olaraq Bakı-Şamaxı-Ağsu yolu bağlanıb. SİA-nın verdiyi məlumata görə, Qobustan, Şamaxı, Ağsu rayonlarından keçən hissəsində dünən axşam saatlarından başlayaraq nəqliyyatın hərəkəti dayandırılıb. Bakıdan Ağsu aşırımına qədər olan ərazidə 50-dən çox avtomobil yolda qalıb. Hazırda nəqliyyatın hərəkətinin bərpa olunması üçün yola duz, qum səpilir, ağır texnika cəlb olunub. Magistral yolun Muğanlı-İsmayılı ərazisinin də buz bağladığı yolda 20, yol kənarlarında isə 40 santimetr qalınlığında qar olduğu bildirilir. Şamaxı və Ağsunun dağ kəndlərində qarın qalınlığı yarım metrə çatır. Bakı-Şamaxı-Ağsu yolu bağlı olduğu üçün sürücülər alternativ olaraq Bakı-Qazax, Ucar- Göyçay, Ağdaş-Qəbələ, Kürdəmir-Ağsu yollarından istifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB