Yollar buz bağlayacaq

Hidrometeoroloqlar əhalini xəbərdar edir ki, noyabrın 24-dən 25-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında şaxtalı və qarlı hava şəraitinin davam edəcək. Yollar buz bağlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumatına o da bildirildi ki, havanın minimal temperaturu 0-4 dərəcə şaxta təşkil edəcək. Bakıda və Abşeron yarımadasında noyabrın 25-nə keçən gecə də qar yağacaq, səhər tədricən kəsiləcək, günün ikinci yarısında dəyişkən buludlu, əsəsən yağmursuz hava şəraiti gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Noyabrın 24-dən 25-nə keçən gecə və səhər yolların buz bağlayacağı ehtimalı var. Noyabrın 25 və 26-da Abşeron yarımadasında soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Rayonlarında ayın 25-i hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, gecə şərq rayonlarında arabir intensivləşəcəyi gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə