Azərbaycan Strateji Araşdırmalar Mərkəzi və Argentina Beynəlxalq Əlaqələr Şurası arasında saziş imzalanıb
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) arasında əməkdaşlıq və elmi mübadilə haqqında saziş imzalanıb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, saziş Buenos-Ayresdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar keçirilən akademik, ictimai və mədəni tədbirlər həftəsi çərçivəsində Argentina Beynəlxalq Əlaqələr Şurasında təşkil olunmuş "Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində" adlı konfrans çərçivəsində imzalanıb. Sənədi SAM-ın direktor müavini Gülşən Paşayeva və CARİ-nin prezidenti Alberto Rodriguez Giavarini imzalayıb.
Latın Amerikasının aparıcı beyin mərkəzlərindən olan CARİ bu bölgədə xarici siyasət üzrə ən nüfuzlu tədqiqat və araşdırma institutu hesab olunur. İmzalanmış saziş müxtəlif beynəlxalq mövzular üzrə birgə tədqiqatların aparılması, akademik mübadilələrin həyata keçirilməsi, konfrans və seminarların təşkilini nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB