Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində Qəhrəmanlar parkının açılışında iştirak edib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı parkda ucaldılmış abidənin önünə gül dəstəsi qoyub. Prezidentə məlumat verilib ki, tikintisinə 2011-ci ilin iyulunda başlanılan Qəhrəmanlar parkı 8,4 min kvadratmetr ərazini əhatə edir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, parkda geniş abadlıq işləri görülmüş, beş min kvadratmetr ərazidə yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada "Veteran" kafesi də yaradılmışdır. Qəhrəmanlar parkında quraşdırılan fəvvarələrin kənarları təbii qranitlə üzlənib. Parkda 600 kvadratmetr ərazi təbii qranitlə üzlənib, ümumi sahəsi iki min kvadratmetr olan iki kiçik meydança və parkdaxili gəzinti səkiləri tikilib. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB