Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov noyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA-nın xəbərinə görə, ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB