Zəvvarlarımız sabahdan Vətənə dönməyə başlayacaq

Zəvvarlarımız sabahdan Vətənə dönməyə başlayacaq

Həcc ziyarətini başa vurmuş azərbaycanlı zəvvarlar noyabrın 9-dan Vətənə dönməyə başlayacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) SİA-ya verilən məlumata görə, ilk olaraq ziyarətə avtobusla getmiş zəvvarlar Vətənə yola düşəcəklər. Noyabrın 10-da isə ikinci avtobus karvanı yola düşəcək. Hər iki qrupda olan zəvvarların Vətənə qayıdarkən İraqın Kərbəla şəhərində müqəddəs yerləri ziyarət edəcəyi gözlənilir. Noyabrın 14-dən isə Həccə təyyarə ilə getmiş azərbaycanlı zəvvarları geriyə qayıdacaqlar. Zəvvarlarımızı gətirən sonuncu təyyarə noyabrın 20-də Bakıya enəcək. Qeyd edək ki, 2500 nəfər azərbaycanlı zəvvar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüblər.


Bütün xəbərlər Facebook səhifəmizdə