ABŞ getdikcə kasıblaşır - STATİSTİKA

ABŞ getdikcə kasıblaşır - STATİSTİKA

Son 10 ildə ABŞ özünün ən kasıb dövrünü yaşayır. Ölkənin bir çox sahələrində - iqtisadiyyatda, təhsildə, təhlükəsizlik məsələlərində təhdidedici bir halın yaşandığı artıq danılmaz faktdır.

Brookings İnstitutunun araşdırmasına görə, ABŞ-ın iri şəhərlərində kasıb məhəllələrin sayı durmadan artır. Son 10 ildə kasıbların sayı 3 dəfə artıb. Kasıb şəhərlərdə yaşayan insanların 40 faizi yoxsulluq həddindən də aşağı yaşayırlar. Bu gün dünyanın supergücü hesab olunan ABŞ-da adambaşına düşən gəlir 22.314 dollar təşkil edir. Müqayisə üçün Qətər, Küveyt, Lüksemburq kimi kiçik dövlətləri götürsək bu ölkələrdə adambaşına düşən gəlir ABŞ-dakından təxminən 3 dəfə çoxdur.

Statistikalara görə, son illərdə ABŞ-ın əksər ştatlarda və iri şəhərlərin az qala hamısında yoxsullaşmada artım meydana gəlib. Bu artım xüsusilə 2009-cu ildə ən yüksək səviyyəyə çatıb. Yoxsul əhalinin 40 faizi böyük şəhərlərin ətrafılarda yaşayanlardır.


Brookings İnstitutunun ABŞ-ın siyahıyaalma üzrə statistika departamentinin hesabatına istinadən verdiyi məlumatda bildirilir ki, yoxsul qruplar belə şəhərlərdən tədricən ölkənin daha münbit yerlərinə köçürülmək əvəzinə dövlət strukturları tərəfindən onların xüsusi məhəllələrə yerləşdirmək cəhdi sonda cinayətkarlığın artmasına və onların daha da yoxsullaşmasına gətirib çıxarıb.


Hesabatda həmçinin 6,5 milyon uşağın yoxsulluq həddindən aşağı yaşayan ailələrdə olması da ifadə edilib.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə