"Kamran" MMC adlı tikinti şirkətinin rəhbəri tərəfindən aldanan vətəndaşlar şəhərin bir neçə yerində aksiya keçirməyə hazırlaşırlar. Bu barədə SİA-ya məlumat verən zərərçəkənlər bildirdilər ki, pulları geri qaytarılmayana kimi etirazlarını davam etdirəcəklər. Zərərçəkənlər artıq səbir kasalarının daşdığını bildirirlər: "Əgər məsələ ilə bağlı araşdırma aparılmazsa və hüquq mühafizə orqanları ciddi araşdırmalara başlamasalar aksiyaları dayandırmayacağıq".
Qeyd edək ki, "Kamran" MMC tikinti şirkəti 2008-ci ildən hələ tikintisi başlamayan evləri kağız üzərində sataraq, müştərilərə evin 2 ilə təhvil veriləcəyini bildiriblər. Ancaq indiyədək heç bir mənzil sahibinə təhvil verilməyib. Hətta kağız üzərində satılan eyni mənzillərin bir neçə sahibi üzə çıxıb.
Məsələnin qəribə və təəccüb doğuracaq digər tərəfi isə ondan ibarətdir ki, "Kamran" MMC tikinti şirkəti hələ də bir neçə televiziya kanalında reklam edilir. Zərərçəkənlər bu reklam yığışdırılmazsa, həmin televiziya şirkətlərinin qarğısında da etiraz aksiyaları keçirəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB