Naxçıvanlı həkimlər ixtisas kursu keçmək üçün Türkiyəyə göndəriliblər
Son illər Naxçıvan Muxtar Respublikasının tibb mütəxəssislərinin xarici ölkələrdə ixtisaslarının artırılması üzrə elmi və təcrübi biliklərinin daha da təkmilləşdirilməsinə ciddi diqqət yetirilir. Təkcə ötən ildə 26 həkim və 10 orta tibb işçisi Bakı şəhərinə, 25 həkim və 19 həkim-interna Türkiyə Respublikasına və 170 orta tibb işçisi Naxçıvan Tibb Kollecinə təkmilləşdirmə kurslarına göndərilib.
Hazırda bu sahədə qardaş Türkiyə ilə qarşılıqlı əlaqələr davam etdirilir, təcrübə mübadiləsi aparılır. Həkim və orta tibb işçilərindən ibarət heyətlərin qarşılıqlı səfərlərinə diqqət yetirilir. Həmin tədbirlərin davamı olaraq, muxtar respublikanın tibb müəssisələrində çalışan 4 həkim dördillik ixtisas kursu keçmək üçün oktyabrda Türkiyəyə göndərilib. Onlar cərrahiyyə, LOR, oftalmologiya, travmatologiya ixtisasları üzrə kurs keçəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB