Qırğızıstanın prezidenti Almaz Atambayev oldu

Qırğızıstanın prezidenti Almaz Atambayev oldu

Oktyabrın 30-da Qırğızıstanda keçirilən prezident seçkilərinin qalibi bəlli olub. SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, seçkilərdə baş nazir Almaz Atambayev qalib gəlib. A. Atambayev 62,95 faiz səs toplayıb. Onun rəqibləri – Adaxan Madumarov 14,92 faiz, Qamçıbek Taşiyev isə 14,42 faiz səs alıb.

Qeyd edək ki, Qırğızıstanın seçkilərə dair Konstitusiya qanununa əsasən, qələbə üçün namizəd 50 faiz səsdən çoxunu toplamalıdır. Seçkilərdə iştirak etmiş 1,827 miyon vətəndaşdan 915,068 mini Atambayevə səs verib ki, bu səs verənlərin 50 faizindən çoxunu təşkil edir. Seçkilərin rəsmi nəticələri 3 həftə ərzində elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə