Prezident İlham Əliyevin Ağsu rayonuna səfər edib

Prezident İlham Əliyevin Ağsu rayonuna səfər edib

Bu gün Prezident İlham Əliyev Ağsu rayonuna səfərə gəlib. SİA-nın verdiyi məlumata görə, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsi ilə tanış olub.

Prezident İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkında aparılan əsaslı bərpa və yenidənqurma işlərinin gedişi ilə maraqlanıb.

Sonra dövlətimizin başçısı Ağsuda çörək zavodunun açılışında iştirak edib. Azərbaycan Prezidenti zavodu işə salıb.

Prezident İlham Əliyev Ağsu şəhər stadionunun açılışında iştirak edib. Dövlətimizin başçısı üç min yerlik stadionun rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidenti Ağsu rayonuna səfəri çərçivəsində Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Bildirilib ki, məktəbin təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Prezident İlham Əliyev Ağsu rayon musiqi məktəbinin kollektivinin ifasını dinləyib.

Sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev sonra "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısı zavodu işə salıb.

Prezident İlham Əliyev zavodda Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdiriblər.

Sonra dövlətimizin başçısı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

Daha sonra Prezident İlham Əliyev dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən "Şərədil" istirahət mərkəzi ilə tanış olub. Dövlətimizin başçısı inşa olunacaq "Şamaxı" otel kompleksini əks etdirən stendlərə baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə