QMİ zəvvarları Həcc ziyarətinə aparan avtobusun aşması xəbərini təkzib etdi
Azərbaycandan Həcc ziyarətinə zəvvarları aparan avtobuslardan birinin qəzaya uğraması ilə bağlı yayılan xəbər reallığı əks etdirmir. Bunu SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Müqəddəs Payızov bildirdi. M.Payızov qeyd etdi ki, İordaniya səfirliyinin nümayəndəsi, həmçinin zəvvarları Həccə aparan avtobuslara nəzarət edən şəxslə əlaqə saxlanılıb, ancaq onlar belə bir hadisənin olmasından xəbərsiz olduqlarını bildiriblər: "Mən anlaya bilmirəm ki, bu məlumat haradan qaynaqlanır və yayılmasında məqsəd nədir?".
Qeyd edək ki, qəzanın azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan 18 avtobusun yer aldığı birinci karvanda baş verdiyi bildirilir. Məlumatda qeyd olunur ki, hadisə İordaniya ərazisində qeydə alınıb və qəza nəticəsində ölən və yaralananlar var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB