Səbail rayon İcra Hakimiyyəti 9 ayın yekunlarına dair iclas keçirib

Səbail rayon İcra Hakimiyyəti 9 ayın yekunlarına dair iclas keçirib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının 9 aylıq yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrə və Səbail rayonu üzrə 9 ayın yekunlarına həsr olunmuş Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, iclasda Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov hesabat məruzə ilə çıxış edib. O bildirib ki, hesabat dövründə ölkədəki inkişaf Səbail rayonunda da öz əksini tapıb. Belə ki, 2011-ci ilin 9 ayı ərzində rayonda ev təsərrüfatında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin də işi nəzərə alınmaqla 15 milyard 809,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 % çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun natura ifadəsində həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % artıb. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 98,9 % olub. 2011-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri tərəfindən istehlakçılara 15 milyard 759,3 milyon manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 15 milyard 700,0 milyon manatlıq sənaye məhsulu göndərilib. Rayonun yekununa Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti və Azərbaycan Respublikasının Dövlət Neft şirkətinin "Azneft" İstehsalat Birliyinin məlumatları da daxil olub. 2011-ci ilin yanvar-avqust aylarında sənaye müəssisələrində çalışan işçilərin siyahı tərkibində orta sayı 11816 nəfər olub, orta hesabla yanvar-avqust aylarında bir işçiyə düşən orta əmək haqqı 1852,9 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 % çoxdur.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə