DMX-nın rəisi Almaniya Federativ Respublikasında rəsmi səfərdə olub
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 16-22də Almaniya Federativ Respublikasında, Niderland və Belçika Krallıqlarında rəsmi səfərdə olub. Dövlət Miqrasiya xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Almaniya Federativ Respublikası, Niderland və Belçika Krallıqlarının müvafiq qurumları arasında bir sıra görüşlər keçirilib. Görüşlərdə Azərbaycan nümayəndə heyətinin bu səfəri miqrasiya sahəsində dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilib. Həmçinin Azərbaycan və Avropa İttifaqı arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılıb.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB