Türkiyə Baş Nazirliyi Vana 3 milyon lirə pul ayırıb. Nazirlər Kabinetinin növbəti iclasında Vanda baş vermiş zəlzələ əsas müzakirə mövzusu olub. SİA-nın xəbərinə görə, 2 saat yarım davam edən yığıncaqda Türkiyə baş nazirinin müavini Bülent Arınç İsrailin kömək təklifinin rədd edildiyinin əsassız olduğunu da bildirib. Baş nazir Vandakı zəlzələnin törətdiyi dağıntılar haqqında ətraflı məlumat verərərək qeyd edib ki, zəlzələdə 279 nəfər ölüb, 1300 isə nəfər yaralanıb. Məhz bununla əlaqədar Bülent Arınç Van Qubernatorluğuna təcili olaraq ehtiyacların qarşılanması üçün 3 milyon türk lirəsi ayrılmasına göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB