Prezident İlham Əliyev Türkiyənin diyanət işləri başqanını qəbul edib

Prezident İlham Əliyev Türkiyənin diyanət işləri başqanını qəbul edib

Prezident İlham Əliyev bu gün Türkiyənin diyanət işləri başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dini-mənəvi dəyərlərlə bağlı ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin, o cümlədən ötən il Dünya Dini Liderlərinin Bakı Sammitinin yüksək səviyyədə keçirildiyini qeyd edən dövlət başçısı əməkdaşlığın genişlənməsində bu cür tədbirlərin önəmini vurğulayıb. Prezident İlham Əliyev Türkiyə Diyanət İşləri Başqanı Mehmet Görmezin Azərbaycana səfərinin bu sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyib.

Mehmet Görmez Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Sonuncu dəfə beş il əvvəl Bakıya səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox yüksək inkişafın şahidi olduğunu qeyd edib.

Dövlət başçısı Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə