YAP Qadınlar Şurası müstəqilliyimizin 20 ilinə həsr olunmuş tədbir kecirib - FOTO
Bu gün Bakı Əyləncə Mərkəzinin \"Eliza\" zalında Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası Azərbaycanın müstəqilliyinin 20 illinə həsr olunmuş tədbir kecirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova və partiyanı parlamentdə təmsil edən deputatlar, siyasi partiyaların nümayəndələri və ictimai xadimlər iştirak ediblər.
Şura sədri Nurlana Əliyeva tədbirdə cıxış edərək məhz ulu öndər Heydər Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində müstəqilliyimizin bərqərar olduğunu bildirib. Prezident İlham Əliyevin isə bu siyasəti uğurla davam etdirməsi müstəqilliyimizin daha da möhkəmlənməsini şərtləndirib, xalqın sabaha olan ümidləri artıb, iqtisadi potensialımız xeyli yüksəlib və nəhayət həm regionun, həm də dünyanın aparıcı dövlətə çevrilmişik.
"Ulu öndərimizin xalqına, dövlətçiliyinə göstərdiyi xidmətlər nəticəsində ölkənin bütün vətəndaşları ictimai-siyasi, quruculuq işlərində fəaliyyətlərini artırıblar. 1995-ci ildə Qadınlar Şurası yaradıldı və ölkənin müxtəlif təbəqələrindən olan qadınları ətrafına topladı. Xarici ölkələrdə Azərbaycanı laiqincə təmsil edən ziyalı qadınlarımız çoxdur".
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB