Elmar Məmmədyarov Belçika Krallığı XİN-nin nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov Belçika Krallığı XİN-nin nümayəndəsini qəbul edib

Xarici İşlər Naziri Elmar Məmmədyarov Belçika Krallığı Xarici İşlər Nazirliyinin İkitərəfli işlər üzrə Baş direktoru Qeert Muyllenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilmiş, qonaqlara Azərbaycanın enerji strategiyası, regionda həyata keçirilən iqtisadi layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Görüşdə həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm strateji rolu vurğulanaraq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər, iqtisadi və enerji sahələri, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə Belçikalı rəsmiyə ətraflı məlumat verilib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə