Mehriban Əliyeva Berlindəki “Berlin-Baku-Galeri” sərgi salonunda və Azərbaycanın Almaniyadakı səfirliyində olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyaya səfəri çərçivəsində sentyabrın 30-da Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda olub. SİA-nın xəbərinə görə, Bakıdakı "Qız qalası" rəsm qalereyasının direktoru Emin Məmmədov "Berlin-Baku-Galeri" sərgi salonunun fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib. Azərbaycanın birinci xanımı "Berlin-Baku-Galeri" salonunun rəhbəri, tanınmış rəssam İbrahim Əhrari ilə görüşüb. Məlumat verilib ki, 2007-ci ildən fəaliyyət göstərən bu qalereya Bakıdakı "Qız qalası" rəsm qalereyasının Berlindəki filialıdır. İndiyədək burada 62 Azərbaycan, 46 alman rəssamının sərgisi keçirilib. Açılışından bəri qalereyada 43 sərgi, bu ilin ötən dövründə isə 12 sərgi təşkil olunub. Hazırda qalereyada alman rəssamı İnqa Şmitin və Azərbaycan rəssamı Əli İbadullayevin rəsm əsərləri sərgilənir. Bu qalereya, həmçinin Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Mehriban
xanım Əliyeva Azərbaycanın Almaniyadakı səfirliyinə gəlib. Səfir Pərviz
Şahbazov Azərbaycanın Almaniyadakı diplomatik nümayəndəliyinin fəaliyyəti
barədə Mehriban xanım Əliyevaya məlumat verib. Qeyd olunub ki, səfirliyin
yerləşdiyi binada əməkdaşların fəaliyyəti üçün bütün şərait yaradılıb. Heydər
Əliyev Fondunun prezidenti burada Azərbaycanın Əməkdar Rəssamı, Almaniyada
yaşayan soydaşımız Əşrəf Heybətov ilə görüşüb. Rəssam Azərbaycanın birinci
xanımının portretini və "Azərbaycan – Şərq dünyası" adlı qrafik əsərlərinin
albomunu Mehriban xanım Əliyevaya təqdim edib. Birinci xanım Mehriban Əliyeva
səfirlikdə Almaniyanın Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının
müdiri professor Yeva Mariya Aux ilə görüşüb.
Yeva Mariya Aux 2010-cu ildə açılan kafedranın fəaliyyəti barədə Mehriban xanım
Əliyevaya məlumat verib. Mehriban xanım Əliyeva Azərbaycan tarixini tədris
edən kafedranın fəaliyyətinə dəstək verdiyini bildirib və uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB