Bu gün Milli Məclisin payız sessiyası öz işinə başlayır. SİA-nın məlumatına görə, payız sessiyasının qanunvericilik işləri planına ümumilikdə 12 məsələ daxildir. Sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.
Milli Məclisin payız sessiyasında "Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi də gözlənilir. Amma hələlik layihə parlamentə təqdim olunmayıb. Sənədin Milli Məclisə gələn həftə təqdim olunacağı bildirilir.
Xatırladaq ki, parlamentin komitələri sentyabrın 15-də fəaliyyətə başlayıblar. Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq payız sessiyası oktyabrın 1-dən start götürür. Məhz bu tarix və oktyabrın 2-si istirahət gününə düşdüyü üçün ilk iclasın vaxtı dəyişdirilib.
Payız sessiyası dekabrın sonunda başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB