BMT-də İsrail nümayəndəsi çıxış edərkən Əhməd Davudoğlu salonu tərk edib
BMT-də keçirilən terrora qarşı beynəlxalq mübarizə simpoziumu zamanı İsrailin xarici işlər nazirinin müavini Daniel Ayalon çıxış edərkən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu salonu tərk edib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davudoğlu bu jestin İsrailə qarşı etirazı ilə bağlı olduğunu deyib: "Biz öz narazılığımızı bir daha vurğulayırıq. İsrailə qarşı qərarlı mövqeyimiz davam edəcək\".
Bundan əlavə, Türkiyənin xarici işlər naziri ilə görüşən ABŞ-ın dövlət katibi Hillari Klintonun Davutoğlundan qapını açıq saxlamağı istədiyi öyrənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB