“Şahdəniz” layihəsinin ikinci fazasının icrasına bu il ərzində başlanacaq
Azərbaycan Respiublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Neftçilər günü" münasibətilə xəstəxananın otolarinkologiya (qulaq, burun, boğaz və baş-boyun cərrahiyyəsi) şöbəsində müalicə alan neftçilərlə görüşüb, onlara bayram hədiyyələri təqdim edib. Daha sonra tədbir Lökbatanda davam etdirilib. R.Abdullayev ADNŞ-ın Sosial İnkişaf İdarəsinin Qaradağ təlim-idman mərkəzində ikimərtəbəli mehmanxananın açılışında iştirak edib. Bildirilib ki, mehmanxana ARDNŞ-ın vəsaiti hesabına 2003-cü ildə tikilib, binanın əsaslı təmirinə isə 2010-cu ildə başlanılıb. Mehmanxananın 14 nömrəsi 2 otaqlı, 14 nömrəsi isə 3 otaqlıdır. Qeyd edək ki, mehmaxana 2002-ci ildə tikilib, 2010-cu ildə isə əsaslı təmirə dayandırılıb. Mehmanxananın açılış mərasimində ARDŞ prezidenti Rövnəq Abdullayev, vitse-prezident Xoşbəxt Yusifzadə, Qaradağ rayon icra hakimi Süleyman Mikayılov və digərləri iştirak ediblər. Açılış mərasimindən sonra mətbuata açıqlama verən Rövnəq Abdullayev nefçiləri peşə bayramı münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının lokomativi sayılan neft sahəsi Ulu Öndərin neft strategiyasının məhsuludur.
Rövnəq Abdullayev həmçinin bildirib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv strukturunun işlənməsi layihəsinin ikinci fazasının icrasına bu il ərzində başlanacaq. Onun sözlərinə görə, bu layihə Türkiyə və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək: "Bu il "Şahdəniz-1" layihəsinin 15 ili tamam olur. Ötən müddət ərzində Azərbaycanın neft strategiyası özünü doğruldub və doğrultmaqdadır".Xatırladaq ki, "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində ölkədə illik qaz hasilatının 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), "Statoil" (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), "LUKoil" (10%), NICO (10%), "Total" (10%) və TPAO (9%) şirkətləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB