Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda əsirlikdə olan Ermənistan hərbçiləri və mülki şəxslərinə baş çəkib. BQXK-nın Bakı ofisinin mətbuat katibi Şəhla Qəhramanova SİA-ya bildirib ki, komitənin əməkdaşları Azərbaycanda saxlanılan 3 nəfər erməni əsirə və bir ailənin 5 üzvünə baş çəkiblər, onların saxlanma şəraiti, vəziyyətləri ilə maraqlanıblar.
Onun sözlərinə görə, əsirlikdə olanlara 4 "Qızıl Xaç" məktubu və şəkillər ötürülüb, onlardan isə 6 "Qızıl Xaç" məktubu alınıb.
Hazırda Ermənistanda bir Azərbaycan əsirinin saxlanıldığını deyən Şəhla Qəhrəmanova bildirib ki, Ermənistan BQXK-nın nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan əsirinə sonuncu dəfə 17 Avqust tarixində baş çəkiblər.
BQXK-nin nümayəndələri tərəfindən əsirin saxlanma şəraitinin monitorinqi aparılıb, sağlıq durumu araşdırılıb. Ailəsinin məktubu əsirə çatdırılıb, əsirdən də ailəsinə çatdırılması üçün məktub alınıb.
Qeyd edək ki, Azərbaycan hərbçisi 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Ermənistanda əsir saxlanılır. A. Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ermənistan Silahlı Qüvvələri onu 2009-cu il mayın 10-da saat 9.45-də Füzuli istiqamətində əsir götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB