Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində "Kafur-pas" MMC-nin tinglik mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.
SİA-nın xəbərinə görə, dövlətimizin başçısına məlumat verildi ki, adətən Azərbaycanın müxtəlif ərazilərində əkilən ağac və bəzək kolları xarici ölkələrdən idxal olunur. Qobustanda yaradılan tinglik mərkəzi isə bu məsələnin daha sərfəli yolla həllinə şərait yaradır. Ağac, kol bitkilərinin reabilitasiyasının təşkili və dekorativ bitkilərin becərilməsi üçün seçilən bu ərazi bütün lazımi şəraitlə təmin edilib. Tinglik mərkəzinə üç kilometr məsafədən su xətti çəkilib. Suvarma sistemi avtomatlaşdırılıb. Mərkəzdə əkin sahəsindən əlavə giriş qala qapısı, su deposu yaradılıb. Açıq su deposunun üzərində dördmərtəbəli ekoloji sağlamlıq mərkəzi tikilir. Ərazidə inzibati bina ilə yanaşı, istirahət guşələri yaradılıb. Buradakı iki süni göldə balıq və digər su canlıları saxlanılır. Tinglik mərkəzində avtomobillərin rahat hərəkəti üçün daxili yollara asfalt örtüyü salınıb. Zövqlə əkilmiş gözoxşayan ağac və gül kolları burada istirahət edənlərdə xoş təəssürat yaradır. Hazırda mərkəzin ərazisində 70 adda 20 mindən çox ağac və bəzək kolu əkilib.
Dövlətimizin başçısı elektromobillə mərkəzin ərazisini gəzdi.
Qeyd olundu ki, gələcəkdə burada botanika, zoologiya və idman dərnəklərinin təşkili də nəzərdə tutulub. 53 nəfərin çalışdığı tinglik mərkəzində Qırğızıstandan gətirilən dəvə yunundan qırğız yurtları da qurulub. Bu yurtların sütunları 99 şam ağacının gövdəsindən hazırlanır. Mərkəzə gələn şəxslər burada da istirahət edə bilərlər. Gələcəkdə tingliyin "Qobustan Bağ-Bağat" mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzə gələnlər müxtəlif növ ağaclar sifariş verməklə yanaşı, burada ailəvi istirahət edə biləcəklər.
Sonra mərkəzin bitki sərgisi ilə tanış olan dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



