Paris Dağlıq Qarabağ üzrə danışıqlarda Moskvanı əvəz edə bilər

Paris Dağlıq Qarabağ üzrə danışıqlarda Moskvanı əvəz edə bilər

ATƏT-in Minsk qrupu həmsədrlərinin qərarına əsasən Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparıcı vasitəçi vəzifəsi Rusiyadan Fransaya-onun prezidenti Nikolya Sarkoziyə keçə bilər. SİA-nın məlumatına görə, bu barədə "Regnum" xəbər agentliyi regiondakı anonim diplomatik mənbəyə istinadən yazıb. Mənbə onu da qeyd edib ki, Midrid prinsiplərinin reallaşdırılması üzrə vasitəçilikdə "əllərin dəyiməsi" ilə bərabər tənzimlənmə prinsiplərində də "sülhə məcburetmə" üçün yeni beynəlxalq mexanizmlər həyata keçirilə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərarı əsasında Dağlıq Qarabağda "BMT-nin mandatı altındakı ərazi" yaradıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə