Elmar Məmmədyarov mavrikili və əlcəzairli həmkarları ilə görüşüb

Elmar Məmmədyarov mavrikili və əlcəzairli həmkarları ilə görüşüb

Serbiyanın Belqrad şəhərində Qoşulmama Hərəkatının 50 illik yubileyinə həsr olunmuş xarici işlər nazirləri səviyyəsində növbəti tədbir öz işinə başlayıb. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə 106 ölkəni təmsil edən nümayəndə heyətləri iştirak edir.

Tədbirdə Azərbaycan Respublikasını xarici işlər naziri E.Məmmədyarov təmsil edir.

Tədbir zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Mavriki xarici işlər naziri Arvin Boolel və Əlcəzair Xalq demokratik Respublikasının xarici işlər naziri Murad Medelsi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov eyni zamanda Monteneqronun xarici işlər naziriMilanRoçen ilə də görüşüb. Görüş zamanı əsasən Monteneqro prezidentinin Azərbaycan Respublikasına nəzərdə tutulan rəsmi səfərinə hazırlıq məsələləri və səfər zamanı imzalanması təklif edilən ikitərəfli sənədlər barədə ətraflı fikir mübadiləsi aparılıb iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə