YAP Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar «Müasir Azərbaycan-20» adlı yazı müsabiqəsi keçirəcəkdir

Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında "Müasir Azərbaycan-20" adlı yazı müsabiqəsi keçirəcəkdir.

SİA-nın yap.org.az saytına istinadən verdiyi məlumata görə, müsabiqədə yaşı 35-ə qədər olan hər bir Azərbaycan gənci iştirak edə bilər.

Yazılar xüsusi olaraq yaradılmış münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir.

Müsabiqənin qalibləri aşağıdakı formada mükafatlandırılacaqdır.


I yer - 1 nəfər 1500 manat

II yer - 1 nəfər 1000 manat

III yer - 1 nəfər 500 manat

Həvəsləndrici mükafat - 3 nəfər 300 manat


Qaliblərə həmçinin, Yeni Azərbaycan Partiyasının xüsusi diplomları təqdim ediləcəkdir.

Müsabiqəyə təqdim olunan bütün yazılar "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetlərində dərc olunacaq.

Müsabiqənin şərtlərinə dair ətraflı məlumat adları çəkilən qəzetlərin 03 sentyabr tarixli sayında dərc olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə