Xələf Xələfov MDB XİN Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə yola düşüb
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Tacikistanda keçiriləcək iclasında iştirak etmək üçün Düşənbəyə yola düşüb. Azərbaycan XİN-in rəsmisi Elman Abdullayev SİA-ya açıqlamasında bildirib ki, tədbir zamanı əsasən Birliyin dövlətlərarası əməkdaşlığın müxtəlif sahələrində səlahiyyət predmetinə dair 16 məsələni nəzərdən keçirmək planlaşdırılır.
Bundan əlavə bu gün Ermənistan KİV-lərinin yaydığı xəbərə əsasən artıq Ermənistan prezidenti Serj Sarkisyan da Tacikistan paytaxtı Düşənbədə keçiriləcək MDB-nin yubiley sammitində iştirak etmək üçün yola düşüb.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının (DBŞ) sentyabrın 3-də Düşənbədə keçiriləcək iclasında əsas etibarilə Birliyin dövlətlərarası əməkdaşlığın müxtəlif sahələri ilə bağlı 11 layihə sənədini müzakirə etmək nəzərdə tutulur. Onların arasında ən əhəmiyyətli layihələr MDB-nin yaradılmasının 20 illiyi ilə əlaqədar qurumun üzvü olan ölkələrin dövlət başçılarının bəyanatı və \"MDB-nin 20 ildə fəaliyyətinin yekunları və perspektiv vəzifələr\" analitik məruzəsi haqqında qərar layihələridir.
DBŞ-nin iclasında humanitar münasibətlər və təhlükəsizliyin təmin olunması sahələrində əməkdaşlığın gələcək inkişafına dair bir sıra məsələlər, o cümlədən 1941-1945-ci illər Böyük Vətən müharibəsində MDB-nin üzvü olan dövlətlərin xalqlarının qəhrəmanlığının və rəşadətinin əbədiləşdirilməsi haqqında sazişlərin; MDB ölkələrinin 2012-2014-cü illərdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq proqramlarının; hava gəmisinin ələ keçirilməsi (qaçırılması) haqqında informasiya alınan kimi MDB dövlətlərinin hava hücumundan müdafiə qüvvələri üzrə növbətçilərin fəaliyyətinin təşkil edilməsi haqqında sazişin layihələri müzakirə ediləcək.
MDB-nin üzvü olan dövlətlərin başçıları MDB-nin gələcək inkişaf konsepsiyasının reallaşdırılması üzrə əsas tədbirlər planının yerinə yetirilməsi gedişini müzakirə edib Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin Rusiya Federasiyası ərazisində olması şərtləri haqqında Rusiya Federasiyası və MDB arasında sazişlərin; MDB-nin üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə dəyişiklik və əlavələrin edilməsi haqqında qərarın layihələri üzrə qərarlar qəbul etməyi planlaşdırırlar.
Bundan əlavə, müzakirə ediləcək məsələlər siyahısına MDB DBŞ-nin növbəti iclasının keçirilməsi (qərar layihəsi DBŞ-nin növbəti iclasının 2012-ci ildə Aşqabad şəhərində keçirilməsini nəzərdə tutur); MDB-yə sədrlik haqqında (qərar layihəsi Türkmənistanın 2012-ci ildə MDB-yə sədrlik edəcəyini nəzərdə tutur); Müstəqil Dövlətlər Birliyinin Fəxri fərmanı ilə mükafatlandırma haqqında qərar layihələri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB