Naci Qəzali: “Liviyada hökumətin dəyişməsi Azərbaycan ilə münasibətlərə təsir etməyəcək”

Naci Qəzali: “Liviyada hökumətin dəyişməsi Azərbaycan ilə münasibətlərə təsir etməyəcək”

\"Liviyada hökumətin dəyişməsi Azərbaycan ilə ikitərəfli münasibətlərə təsir etməyəcək\". SİA-nın məlumatına görə,bu sözləri Liviyanın Azərbaycanda müvəqqəti işlər vəkili Naci Qəzali jurnalistlərlə görüşdə deyib.Onun sözlərinə görə, Liviyanın Milli Keçid Şurası dəfələrlə bildirib ki, bu ölkə tərəfindən imzalanmış bütün sazişlər və protokollar qüvvədə qalacaq: "Biz düşünürük ki, əksinə, bizim münasibətlərimiz yaxşılaşacaq və daha da genişlənəcək. İnanıram ki, yaxın vaxtlarda Liviyada vəziyyət sabitləşəcək və biz işimizi davam etdirəcəyik. Hələlik bütün embarqoların ləğv edilməsi və hava yollarının açılması üçün vaxt lazımdır. Liviyada işləyən bütün xarici şirkətlər, o cümlədən Azərbaycan şirkətləri də oraya qayıdacaqlar".


Bütün xəbərlər Facebook səhifəmizdə