Aydın Mirzəzadə: “Almaniya nümayəndəsi Markus Löninqin hərəkəti diplomatik normaların pozulmasıdır”

Aydın Mirzəzadə: “Almaniya nümayəndəsi Markus Löninqin hərəkəti diplomatik normaların pozulmasıdır”

"Almaniya hökumətinin İnsan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninqin bu hərəkəti diplomatik normaların pozulması, xarici dövlət nümayəndəsinin statusundan asılı olmayaraq özünü daxili siyasətin bir subyekti kimi aparmasıdır və Azərbaycanda hakimiyyət uğrunda mübarizədə bir tərəfin mövqeyini dəstəkləməsidir".

SİA-nın xəbərinə görə, bu sözləri yap.org.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə Almaniyanın nümayəndəsinin Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyətinə dair fikirlərinə münasibət bildirərkən deyib.

A. Mirzəzadə deyib ki, xarici ölkənin insan hüquqları üzrə təmsilçisinin Azərbaycanla yalnız əməkdaşlıq, öz təcrübəsini bölüşməsi söhbəti gedə bilər. Onun sözlərinə görə, ölkəmizin daxili siyasi ilə bağlı müxalifət tərəfindən çıxış etmək, daxili siyasətimizi tənqid etmək diplomata və xarici ölkə ombudsmanına yaraşmayan hərəkətdir: "Fikrimcə, Almaniya nümayəndəsi Azərbaycan ictimaiyyətindən üzr istəməlidir. O özünü bir məhkəmə kimi aparmağa cəhd göstərib. Bu isə yolverilməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə