VHP DSK-lardan üzvlərini geri çəkmək barədə fikirləşir

VHP DSK-lardan üzvlərini geri çəkmək barədə fikirləşir

Bizimlə Ümid partiyası arasında yox, digər partiyalar arasında problem yaranıb. Bu barədə məlumatı SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partıyasının təşkilat şöbəsinin müdiri Samir Əsədli deyib: "Üç-dörd partiyadır ki, onlar Dairə Seçki Komissiyalarında çoxluğu götürürlər. Xüsusən də VHP və "Ümid" partiyasının nümayəndələri həm dairələrdə az seçilir, həm də təmsilçilik hüquqları təmin olunmur. Elə dairələr var ki, biz orada məntəqə ala bilmirik. Bu məsələlər Mərkəzi Seçki Komissiyası səviyyəsinə qalxıb və hazırda həll olunur.

DSK-lardakı təmsilçilikdə VHP-nin neqativ hallarla qarşılaşdığını bildirən Samir Əsədli katiblik bölgüsünün bərabər prinsiplə bölünmədiyini vurğulayıb: "Bu hal Mərkəzi Seçki Komissiyası tərəfindən aradan qaldırılmasa, Təşkilat şöbəsi VHP-nin Dairə Seçki Komissiyasındakı üzvlərini geri çəkmək barədə fikirləşir. Çünki katiblərin bölgüsü prosesində, məntəqələrin bölgüsü məsələsində 3-4 partiyadır ki, bunların təmsilçiliyi daha çox olur. Bu partiyaların əvəzində dairələr Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təhvil verilir".

Xatırladaq ki, məsələ ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının da mövqeyini öyrənəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə