Türkiyədə Yüksək Hərbi Şuranın iclası başlayıb

Türkiyədə Yüksək Hərbi Şuranın iclası başlayıb

Türkiyədə Yüksək Hərbi Şuranın iclası başlayıb. Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında Yüksək Hərbi Şuranın toplantısı başlayıb. SİA-nın "Hüriyyət"ə istinadən verdiyi məlumata görə, iclasa baş nazir Rəcəb Tayyip Ərdoğan, Baş Qərargah rəisinin müavini, ordu generalı Necdət Özəl, milli müdafiə naziri İsmət Yılmaz, Baş Qərargahın ikinci rəisi, ordu generalı Aslan Günər, ordu komandanları, generallar Hayri Kıvrıkoğlu, Sərvət Yoruk, Yalçın Ataman, Nüsrət Taşdelər, Quru Qoşunları Təlim və Təhsil (EDOK) komandanı, ordu generalı Saldıray Bərk, Quru Qoşunlarının qərargah rəisi Bəkir Kalyoncu, Hərbi Dəniz Qüvvələrinin donanma komandanı, admiral Emin Murat Bilgel qatılıb.

İlk dəfə olaraq YAŞ toplantısı Baş Qərargah rəisi, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Jandarma baş komandanı olmadan keçirilir. Şuranın iclası avqustun 4-dək davam edəcək və yeni təyinatlar prezident Abdullah Gül tərəfindən təsdiqlənəndən sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, bir neçə üzvü isə həbsdə olan YAŞ-ın 4 üzvü də istefa verib. İstefa verənlər Baş Qərargah rəisi İşıq Koşaner, Quru Qoşunları komandanı Erdal Ceylanoğlu, Hərbi Dəniz Qüvvələri komandanı Uğur Yigid və Hərbi Hava Qüvvələri komandanı Hasan Aksaydır.

Bütün xəbərlər Facebook səhifəmizdə