Pentaqon rəsmisi: “Dağlıq Qarabağ üzrə danışıqlarda ATƏT-in sülhməramlı missiyası bir addım geriləyib”

Pentaqon rəsmisi: “Dağlıq Qarabağ üzrə danışıqlarda ATƏT-in sülhməramlı missiyası bir addım geriləyib”

Dağlıq Qarabağ üzrə danışıqlarda ATƏT-in sülhməramlı missiyası bir addım geriləyib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyasında keçirilən dinləmələrdə Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Aleksandr Verşbou deyib.

Onun fikrincə, bu il iyunun 24-də baş tutmuş Kazan danışıqlarında irəliləyişə nail olmaq cəhdləri uğursuzluqla nəticələnib: "Ölkələr arasındakı təmas xəttində isə gərginlik artmaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə