Avropa Humanitar yardım komissiyası (ECHO) İsraili Qəzza zolağının blokadasını aradan qaldırmağa və buradakı sakinlərə yardım çatdırmaq üçün bütün sərhəd məntəqələrini açmağa çağırıb.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ECHO-nun Qüdsdə və Fələstin ərazilərindəki nümayəndəsi Fadva Barud bölgədə ədalətli və hərtərəfli sülhə nail olmaq üçün İsraildən Şərqi Qüdsün ərəb sakinlərinin evlərinin sökülməsini və İordan çayının qərb sahilində yəhudi məskənlərinin salınmasını dayandırmağı tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB