Bu gün “İki sahil” qəzetinin 20 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirilib
Bu gün Bakı Əyləncə Mərkəzinin \"Eliza\" zalında "İki sahil" qəzetinin 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, hakim partiyanın icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, millət vəkilləri, bir sıra partiyaların sədrləri, mətbuat orqanlarının rəhbərləri, QHT sədrləri və ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbirdə çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, "İki sahil\" qəzeti Azərbaycanın keçdiyi inkişaf yoluna bələdçilik etməklə yanaşı, özü də bu dövrdə daha böyük təcrübə əldə etdi, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoydu. Qəzetin yarandığı gündən dövlətə və dövlətçiliyə xidməti əsas amalına çevirdiyini bildirən baş redaktor qəzetin ARDNŞ-nin təsisçiliyi ilə dövlətin siyasətini, xüsusilə hər bir inkişafın əsasında dayanan iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı mühüm vəzifə kimi qarşısına qoyduğunu qeyd edib. Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi mətbuata da xüsusi önəm və diqqət yetirdiyini vurğulayan baş redaktor bildrib ki, dövlət bilavasitə maraqlıdır ki, Azərbaycanda müstəqil mətbuatın bazası möhkəm, iqtisadi durumu, sosial həyat şəraiti yaxşı olsun.
Daha sonra "İki sahil" qəzetinin 20 iilik fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İki sahil" qəzetinin kollektivini 20 illik yubileyi ilə əlaqədar təbrik edib: "Ümumiyyətlə, Azərbaycanın ilk müstəqil mediasının nümunələrindən biri olan "İki sahil" qəzetinin yubileyi eyni zamanda Azərbaycan mediasının keçdiyi inkişaf yoluna qiymət vermək baxımından vacib hesab olunur. Qəzet həmişə dövlətçiliyimizə xidmət göstərən mətbu orqanı olub. Bütövlükdə bu qəzet ictimai-siyasi qəzet kimi fəaliyyət göstərib, respublika ictimaiyyətini Azərbaycanda və ölkədən kənarda baş verən hadisələrlə mütəmadi olaraq tanış edib və öz səhifələrində operativ informasiya, xəbər çatdırıb".
PA rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin Vüqar Gəncəli oğlu Rəhimzadənin 3-cü dərəcəli \"Vətənə xidmətə görə\" ordeni ilə təltif edilməsi haqqında sərəncamını xatırladıb və ordeni "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə təqdim edib.
Tədbirdə çıxış edən Əli Əhmədov qəzeti 20 illik yubileyi münasibətilə təbrik edib. O bildirib ki, "İki sahil" qəzetinin yaranması o dövrün ictimai-siyasi həyatının mühüm hadisəsi idi. Onun sözlərinə görə, qəzet Heydər Əliyev ideologiyasının yayılmasında müstəsna rol oynayıb.
Qeyd edək ki, 1965-ci ildə mətbuat orqanı kimi əsası qoyulan "Zavod həyatı" qəzeti 1991-ci il iyul ayının 10-dan "İki sahil" adı altında müstəqil ictimai-siyasi qəzet kimi fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB