Bu gün “İki sahil” qəzeti 20 illik yubileyini qeyd edir-FOTOSESSİYA

Bu gün “İki sahil” qəzeti 20 illik yubileyini qeyd edir-FOTOSESSİYA

"İki sahil" qəzetinin ilk sayı 1991-ci il iyulun 10-da çapdan çıxıb. Artıq 20 ildir ki, "İki sahil" qəzeti işıq üzü görür\". SİA-nın xəbərinə görə, bunu "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O bildirib ki, qəzetin 1991-ci ildə nəşr olunmasına baxmayaraq həmin dövrlər çətin bir zaman idi. Onun sözlərinə görə, "İki sahil" qəzetinin Mətbuat Komitəsində qeydiyyatdan keçirməyin özü belə çox çətin məsələlərdən idi. Eyni zamanda, o dövrün öz problemlərinin olduğunu deyən V.Rəhimzadə vurğulayıb ki, bu dövrdə Azərbyacanın ictimai-siyasi proseslərində ağır məqamlar yaşanırdı, təkcə mətbuat deyil, ümumiyyətlə ictimaiyyət çox ağır bir vəziyyətdə idi.

"Gündəlik nəşr olunan "İki sahil" qəzeti 8 min tiraja yaxın çap olunur. Respublikanın bütün bölgələrində "İki sahil" qəzeti abunəçilərinə pərakəndə şəkildə paylanılır. Hesab edirəm ki, Azərbaycanın bütün təbəqələrindən bizim abunəçilərimiz var. Bugünki gündə nəşr olunan qəzetlər arasında yaxşı tirajı olan qəzetlərdən biridir. 8 min tirajın böyük hissəsi abunə, bir hissəsi isə pərakəndə yayım firmaları ilə satışa verilir. Bizdə texniki və yaradıcı işlərdə ümumilikdə 35 əməkdaşımız fəaliyyət göstərir. İlk nəşrə başladımız dövrlərdə 15-20 işçi ilə fəaliyyətə başlamışdıq. Həftədə bir dəfə, sonra iki dəfə, ayda bir dəfə və nəhayət bugün gündəlik nəşr olunan qəzetlərdən biriyik. 35 nəfər işçilər gündəlik qəzetlər üçün elə də böyük bir göstərici deyil. Amma hər halda biz çalışır və əlimizdən gələni edirik ki, bir qəzet, mətbuat orqanı olaraq Azərbaycanda öz xəttimiz, obyektivliyimiz ilə seçilək. Vətənə, dövlətə xidmət yolu bizim başlıca prinsipimizdir. Bu baxımdan 35 nəfər öz var gücü ilə çalışır ki, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlsinlər. Mən öz redaksiyamızın əməkdaşlarından çox razıyam. Redaksiya tərəfindən verilən işlərin öhdəsindən maksimum dərəcədə gəlməyə çalışırlar. Bütün Azərbaycan jurnalistlərini, "İki sahil" qəzetinin əməkdaşlarını, Azərbaycan oxucularını bu gün qəzetin 20 illik yubileyi münasibətilə təbrik edirəm".

Qeyd edək ki, bu gün "İki sahil" qəzeti 20 illik yubileyini qeyd edir. Bu münasibətlə qəzetin kollektivi bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib və önünə əklil qoyublar. Bundan əlavə, qəzetin kollektivi Azərbaycan Milli Mətbuatının əsasını qoyan Həsən bəy Zərdabinin məzarını ziyarət edib və dərin ehtiramlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə