"Ermənistan Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərinə yaxın vaxtlarda cavab verəcək". SİA-nın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbətində deyib.
Rusiya XİN-dən bildirilib ki, telefon söhbətində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaranmış vəziyyət müzakirə olunub: "Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin 27 oktyabr 2010-cu il tarixli Həştərxan və 5 mart 2011-ci il tarixli Soçi görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsi, atəşkəs rejiminə ciddi şəkildə əməl olunması, qarşılıqlı əsasda əlavə təhlükəsizlik və etimadın möhkəmləndirilməsi tədbirlərinin görülməsi və insidentlərin təhqiqatı kimi məsələlərdə əməkdaşlığın aktuallığı müzakirə edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB