Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Azərbaycana səfər edəcək

Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Azərbaycana səfər edəcək

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Lukas Volontenin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 19-da Azərbaycana səfər edəcək. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov SİA-ya bildirib ki, Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Lukas Volontenin rəhbərlik etdiyi 11 nəfərdən ibarət qrupun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.

Qonaqlar rəsmi görüşlərlə yanaşı həmçinin Bakı-Tiflis-Ceyhan boru-kəmərinin Aralıq dənizinə istiqamət aldığı yerə - Sanqaçal Neft Terminalına səfər edəcəklər və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün faydalana biləcək dinlərarası dialoq və Avropa dəyərlərinə dair dəyirmi masada iştirak edəcəklər

Səfər iyulun 22-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə