CATEL müəmması getdikcə böyüyür. Şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı dolaşan müxtəlif şayələrin hansının daha real olduğu məlum olmasa da şirkət rəhbərliyi səbəbi texniki problemlərlə əlaqələndirir.
CATEL - in 60 minə yaxın abunəçisi isə iki aya yaxındır çoxsaylı suallara cavab axtarır. Abonentlər mobil operatorun fəaliyyətini bərpa edib - etməyəcəyi, balanslarında olan məbləğin taleyi və s. ilə bağlı suallarına cavab ala bilmirlər. Çünki CATEL əməkdaşları onlara ünvanlanan bu suallara cavab verməkdən yayınırlar.
Onu da deyək ki, sözügedən mobil operator şirkəti hələ ötən ay fəaliyyətinin bərpa olunacağını vəd etsə də bu vədlər özünü doğrultmadı.
Şirkət rəhbərliyi isə CATEL-in fəaliyyətinin dayandırılmasının səbəbini texniki problemlərlə izah edərək tezliklə nasazlığın aradan qaldırılacağını bildirir.
CATEL şirkəti ilə əlaqə saxlayıb hazırda vəziyyətin nə yerdə olması ilə maraqlandıq. Şirkətin əməkdaşları CATEL-in fəaliyyətini nə vaxt bərpa edəcəyi ilə bağlı məlumata malik olmadığını dedi: "Biz də gözləyirik". Digər bir əməkdaş isə problemin yaranma səbəbinin şəbəkəsinin yanaraq sıradan çıxması ilə izah etdi: "Hazırda şəbəkə bərpa olunur və tezliklə şirkət fəaliyyətə başlayacaq".
Rabitə və İnformasiya Texnologiyaları Nazirlinin mətbuat xidmətindən isə bildirildi ki, hazırda şirkətin problemlərin həlli istiqamətində müxtəlif variantlar nəzərdən keçirilir: "Yekun nəticəyə gəlindikdən sonra dəqiq məlumat vermək mümkün olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB