Əli Əhmədov: “Azərbaycanda müxalifət unudulub və belə bir duruma düşməsinin yeganə səbəbi özünün davranışıdır” - MÜNASİBƏT

Əli Əhmədov: “Azərbaycanda müxalifət unudulub və belə bir duruma düşməsinin yeganə səbəbi özünün davranışıdır” - MÜNASİBƏT

"Azərbaycan müxalifəti Azərbaycan cəmiyyətində tamamilə unudlmuş bir vəziyyətə düşüb. Əgər siz tək Bakıda yox Azərbaycanın digər güşələrində bir sorğu aparsanız ki, Azərbaycan müxalifəti haqqında vətəndaşalar nə düşünürlər? Müxalifət dedikdə hansı partiyalar onların yaddaşında peyda olunur? Mən güman edirəm ki, mütləq əksəriyyət sizin bu sorğunuza çox çətinliklə cavab verəcək və məlum olacaq ki, Azərbaycanda müxalifət artıq unudulub". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə Azərbaycan cəmiyyətində müxalifətə qarşı çox qəribə hiss yaranıb: "Bu hiss ondan ibarətdir ki, cəmiyyət müxalifəti unudub. Ən azından bu gün mövcud olan müxalifət Azərbaycan cəmiyyəti tərəfindən unudulub. Ona görə də onların keçirdiyi, yaxud gələcəkdə keçirəcəyi "zirvə toplantısı"nın, hazırlayacaqları "zirvə sənədi"nin Azərbaycandakı ictimai-siyasi duruma hər hansı bir təsir imkanları, rıçaqları mövcud deyil.

Ə.Əhmədov həmçinin Azərbaycanda müxalifətin olmamasının tərəfdarı kimi çıxış etmədiklərini də deyib. "Mən bu sözləri ona görə demirəm ki, biz Azərbaycanda müxalifətin olmasını istəmirik. Azərbaycanda müxalifətin belə bir duruma düşməsinin yeganə səbəbi özünün davranışı və hərəkətləridir. İstənilən ölkədə müxalifət cəmiyyətdə fərqli düşüncələri özündə əks etdirən bir taktika yürüdür. Ancaq onların səsləndirdikləri fikirlər də, "proqram" adlandırdıqları nəsə varsa o da özlərinin siyasi ambissiyalarından başqa bir şey deyil. Əlbəttə, siyasi partiya siyasi ambissiyalarına uyğun fəaliyyət göstərməlidir. Ancaq istənilən partiyanın siyasi ambissiyası ictimai tələbatı ifadə etmirsə, insanların onu dəstəkləməsi mümkün deyil. Azərbaycan müxalifəti bax belə bir çətin duruma düşüb".

YAP-ın icra katibi həmçinin müxalifətə hər hansı bir məsləhət, tövsiyə vermək fikrində olmadığını da bildirib: "Onlar onsuz da bütün günü səhərdən axşama qədər məsləhət verirlər. 20 ildir verirlər məsləhətləri. 20 ildir toplaşırlar. 20 ildir zirvələrə qalxırlar. 20 ildir birləşirlər, 20 ildir ayrılırlar. Akif İslamzadə bir vaxtlar mahnı oxuyurdu: küsüb barışmağın öz ləzzəti var. Bunlar da tez-tez küsüb barışırlar, görünür burada da nə isə bir məqsədləri var".

Bütün xəbərlər Facebook səhifəmizdə