İlham Əliyev Viktor Yanukoviçə başsağlığı verib

İlham Əliyev Viktor Yanukoviçə başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Viktor Yanukoviçə başsağlığı verib. SİA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli Viktor Fyodoroviç,

Rovno vilayətində qocalar evində yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, Rovno vilayətində qocalar evində baş verən yanğın nəticəsində 15 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня