Ərdoğan: \"Cənubi Qafqazda sülh bərqərar olmayınca Ermənistanla münasibətlər normallaşmayacaq\"

Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 8-də parlament qarşısında yeni hökumət adından çıxış edib. SİA-nın xəbərinə görə, Türkiyənin baş naziri öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində də danışıb və bildirib ki, Azərbaycan torpaqları tam qaytarılana qədər bu sahədə Türkiyə öz dəstəyini və əməkdaşlığını Azərbaycandan əsirgəməyəcək. Bundan əlavə R.T.Ərdoğan beynəlxalq aləmda Azərbaycanı bu məsələdə yalnız buraxmayacağını və Cənubi Qafqazda sülhün bərqərar olmadığı müddətcə Ermənistanla münasibətlərin normallaşmayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə