Azərbaycan Afrika İttifaqına müraciət edib

Azərbaycan Afrika İttifaqına müraciət edib

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev ölkənin Afrika İttifaqı yanında daimi nümayəndəsi statusunda qurumun Ekvatorial Qvineyada keçirilmiş sammitində Azərbaycanı təmsil edib. SİA-nın məlumatına görə, sammit çərçivəsində Ş. Abdullayev Afrika İttifaqı Komissiyasının sədri Dr. Jan Pinq və Afrika İttifaqının qərargahının rəisi, səfir Con Kayodi Şinkayi və təşkilatın humanitar və insan resurslarının inkişafı departamentlərinin direktorları ilə görüşlər keçirib. Görüşlər çərçivəsində Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, elm-təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Səfir Ş. Abdullayev Afrika İttifaqı üzv dövlətlərinin nümayəndə heyətləri ilə çoxsaylı ikitərəfli görüşlərdə iştirak edərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Sammit çərçivəsində Azərbaycanın Afrika İttifaqı üzv ölkələrinə müraciəti yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə