Adil Qasımov: \"Qəzanın \"Taliban\"la bağlı olması haqda bizdə dəqiq məlumat yoxdur\"
"Region ağır ərazi olduğu üçün biz hər dəqiqə qəza bölgəsi ilə əlaqə yarada bilmirik". Bu sözləri SİA-ya açıqlamasında "Silk Way" aviaşirkəti direktorunun keyfiyyət üzrə məsləhətçisi Adil Qasımov deyib. Onun sözlərinə görə, hələlik qəzanın dəqiq səbəbi məlum deyil və komissiya öz işini davam etdirir. "Həm biz tərəfdən yaradılan komissiya, həm yerli orqanlar bizə kömək edir. Təyyarənin "Taliban" terror təşkilatı tərəfindən vurulmasına dair isə bizdə dəqiq fakt yoxdur. O ki, qaldı uçuş heyətinin təcrübəsizliyinə, mən deyərdim ki, onlar öz sahələrdində peşəkar insanlar idilər. Mən düşünmürəm ki, qəza məhz qeyri-peşəkarlıqdan baş verib. Buna heç bir ehtimal vermirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB