“Barak Obama Ayova ştatında öldürülüb” - SENSASIYA

“Barak Obama Ayova ştatında öldürülüb” - SENSASIYA

Fox News telekanalının Twitter səhifəsinə xakerlərin hücumundan sonra ortaya maraqlı və sensasiyalı faktlar çıxıb. SİA-nın infox.ru sayrına istinadən verdiyi məlumata görə, istifadəçilər telekanalın internet səhifəsindən oxuyublar ki, ABŞ prezidenti Barak Obama Ayova ştatında restoranlardan birində açılan iki güllə ilə öldürülüb. İlk baxışdan bu xəbərin nüfuzlu Fox News televiziyası tərəfindən yayıldığı güman edilib. 33 min istifadəçi @foxnewspolitics Tvitter səhifəsində "yoxlanılıb" qeydini görəndən sonra bu xəbərin həqiqətən Fox News-a aid olduğuna inanıblar. Lakin sonrakı araşdırmalardan sonra bəlli olub ki, xəbər xakerlərin telekanalın saytına qanunsuz müdaxiləsindən sonra yerləşdirilib.

Xəbərin məzmunu belədir: "Bu dəqiqələrdə Barak Obama vəfat etdi. Prezident öldürülüb. 4 iyul tarixi həqiqətən kədərli gündür. Prezident Barak Obama ölüb".


Bütün xəbərlər Facebook səhifəmizdə