Bu gün Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilir. SİA-nın məlumatına görə, tədbirdə iştirak edəcək qonaqlar artıq paytaxtdadırlar və onlar bu gün Heydər Əliyev adına Sarayda toplaşacaqlar. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail dövləti 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunacaqlar. Qurultayda Azərbaycan Respublikasını ölkənin bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 bütün bölgələrindən olan nümayəndə və 405 qonaq təmsil edəcək. Tədbirdə ümumilikdə 13 ölkənin parlamentinin 29 deputatının iştirakı planlaşdırılır.
Prezident İlham Əliyevin tədbirə qatılması qurultayın siyasi əhəmiyyətini artırmaqla yanaşı, həm də ötən dövr ərzində görülən işlərə hesabat xarakteri vermiş olacaq.
Xatırladaq ki, dünya azərbaycanlılarının 1 qurultayı Prezident Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. İkinci qurultay isə artıq İlham Əliyevin prezidentliyi dövrünə, 2006-cı ilə təsadüf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB