İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır

İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır

Bu gün Milli Məclisdə Azərbaycan-İran parlamentlərarası dostluq qrupu üzvlərinin görüşü keçirilib. SİA-nın məlumatına görə, görüş çərçivəsində dostluq qrupu rəhbərinin müavini, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 2 ölkə arasında əlaqələrin inkişafından söhbət açıb. O bildirib ki, hər iki ölkə deputatlarının görüşləri və parlamentlərarası əlaqələrin dərinləşməsi Azərbaycanın və İranın mənafeyinə xidmət edir: \"Azərbaycan ilə İran mövcud imkanlardan maksimum istifadə etməklə bütün sahələrdə əməkdaşlığı daha da genişləndirməlidirlər. Dostluq qrupunun Azərbaycandan olan deputatları ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün dost İrana təşəkkürlərini bildiriblər.
İranlı parlament
nümayəndələri strateji və geosiyasi baxımdan çox önəmli ölkə olan Azərbaycan ilə yaxın qonşuluq və dostluq əlaqələrinin möhkəmlənməsində maraqlı olduqlarını diqqətə çatdırıblar: \"Xalqlarımız arasındakı tarixi, dini, mədəni, mənəvi əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərməliyik. Bu işdə parlamentlərarası dostluq qrupu xüsusi rol oynayır. Azərbaycanın hər zaman haqlı mövqeyini müdafiə edən İran, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və bu mövqeyində qətidir. İranlı deputatlar nüfuzlu beynəlxalq təşkilatlarda azərbaycanlı həmkarlarını daim dəstəkləyiblər və bundan sonra da dəstəkləyəcəklər\".
Görüş
çərçivəsində müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməyin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə