Politoloq: “Beynəlxalq oyunçuların Qarabağın həllində maraqlı olması energetika məsələlərindən asılı ola bilər”
Qarabağ münaqişəsinin həllini dünyadakı erməni diasporu və İrəvandakı "müharibə partiyası" əngəlləyir. SİA-nın xəbərinə görə, bunu Moskva Dövlət Universiteti Postsovet məkanının araşdırılması üzrə mərkəzinin direktor müavini İsmayıl Ağakişiyev deyib. Onun sözlərinə görə, Ter-Petrosyanın prezidentliyi dövründə sülh əldə olunması daha real olub: "Lakin İrəvanda və xaricdəki qüvvələr onu getməyə məcbur etdi. Daha sonra isə erməni parlamenti gülləbaran edildi. Fikrincə, həmin qüvvələr mümkün sülh razılaşmasını bundan sonra da əngəlləməyə çalışacaq".
Rusiyanın münaqişənin həllində maraqlarına gəlincə, İsmayıl Ağakişiyev bildirib ki: "Rusiya Dağlıq Qarabağ prosesində daha aktiv iştirak edir, lakin yeni vasitəçilər üçün irəliyə hərəkət vacibdir. Həmçinin beynəlxalq oyunçuların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması energetik məsələlərindən asılı ola bilər, həmçinin bunda iki ölkənin tərəfdaşlığını möhkəmləndirən Rusiya ilə iqtisadi layihələr də böyük rol oynaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB